Altay İnşaat Şirkəti

Haqqımızda

Ana Səhifə Haqqımızda
Haqqımızda

“ALTAY Proje&Inşaat” şirkəti tikinti sahəsində hər hansı bir mürəkkəb layihələrin həyata keçirilməsi üçün bütün zəruri resurslara malik olan bir tikinti şirkətidir.

Şirkət fəaliyyət dövrü ərzində peşəkar və etibarlı tərəfdaş kimi reputasiyası qazanmışdır. “ALTAY Proje&Inşaat” şirkəti bütövlük və hörmət prinsipləri əsasında qurulmuşdur. Bu normalara əməl edilməsi - bizim nüfuzumuzun ən dəyərli aktivlərindən biridir.

Bizim şirkətimiz tikinti fəaliyyətinin geniş spektoruna malikdir: layihələndirmə, təchizat, monolit və lentvari fundamentərin tökülməsi, bina və tikililərin montaj və demontajı, hazırlıq və abadlaşdırma işləri, bina fasadlarının hər növ daş və materialla üzlənməsi, bütün daxili bəzək və tamamlama işləri, santexnika, elektromontaj, ventilyasiya və hər növ izolyasiya işləri.

Şirkətimizin portfoliosuna müxtəlif cür mürrəkəbliyi ilə seçilən işlər daxildir: Azərbaycanın daxilində və xaricində tikilmiş inzibati binalar, fabriklər və zavodlar, villalar, xəstəxanalar və teatrlar.

İşlər yalnız təsdiqedilmiş tikinti çertyojları əsasında aparılır. Tikinti işləri zamanı yaranan dəyişikləri nəzərə alınmaqla, lazımi düzəlişlər yalnız mövcüd olan standartların tələblərinə və müştərinin istəklərinə uygun həyata keçirilir.

“ALTAY Proje&Inşaat” şirkəti mükəmməllik və bütövlüyünün zamanla sınamış dəyərləri əsasında yaradılmışdır. İşdə etibarlı oldugumuzu və layihələrimizin keyfiyyətli olması, bizim müştərilərimiz üçün yüksək keyfiyyətli iş ilə əks olunur. Biz işlərimizin daim səmərəli olması üçün çalışırıq.

Bizim şirkətimiz tikinti materialları istehsalçıları, mebel və avadanlıq təchizatçıları ilə birbaşa işləyir və bu da bizim qiymət siyasətinə kifayət qədər öz müsbət təsirini göstərir.

“ALTAY Proje&Inşaat” şirkəti təsis edilmiş prinsiplərə sadiq qalır: təhlükəsizliyi əsas tutaraq, müştərilərimiz üçün yüksək keyfiyyətli xidmət təqdim etmək, xalqımız üçün yeni imkanların yaradılması, iş yerləri ilə təmin edilməsi, yeniliklərin stimullaşdırılması və dövlətimizin möhkəmlənməsinə olan işlərin aparılması.


Yüklənir...